Yuxarı

Vanuatu sahillərində 6 bal gücündə zəlzələ olub

Dağıntı və tələfat barədə məlumat yoxdur

Bakı. 17 sentyabr. REPORT.AZ/ Sakit okeanın Vanuatu sahillərində 6 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmətinin məlumatında bildirilir.

Onun məlumatına görə, yeraltı təkanların episentri Norsap şəhərindən 7 km. şimal-şərqdə, onun ocağı isə 36,8 km. dərinlikdə yerləşib.

Dağıntı və tələfat, həmçinin sunaminin yarana biləcəyi barədə məlumat daxil olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi