Vanuatu sahilində güclü zəlzələ olub

Vanuatu sahilində güclü zəlzələ olub Vanuatu Respublikasının əsas adası olan Efatenin qərb sahilində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Digər ölkələr
10 fevral 2025 03:34
Vanuatu sahilində güclü zəlzələ olub

Vanuatu Respublikasının əsas adası olan Efatenin qərb sahilində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, təbii fəlakətin episentri paytaxt Port-Viladan 66 km şimal-qərbdə, ocağı isə 19 km dərinlikdə yerləşib.

Yaralananlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Son xəbərlər

Orphus sistemi