Bakı. 14 dekabr. REPORT.AZ/Beynəlxalq Valyuta Fondunun Ukraynada səfərdə olan rəsmisi, rəsmi Kiyevin iqtisadi islahatlar planlarını yüksək qiymətləndirib.
"Report"-un Azazlıq Radiosuna istinadən verdiyi xəbərə görə, BVF-in İcraçı Direktorunun birinci müavini David Lipton Ukrayna prezidenti Pyotr Poroshenko, Baş naziri Arseniy Yatsenyuk və başqa rəsmilərlə görüşlərdən sonra verdiyi bəyanatda belə deyib.
Liptonun sözlərinə görə, Ukryna hakimiyyətinin iqtisadi dəyişikliklər və qətiyyətli islahatlar haqda uzunmüddətli planları onu “təsirləndirib”.
Prezident Poroshenko isə açıqlamasında BVF-in tələbləri olan islahatlara sadiq qalacaqlarına inandırdıqlarını deyib.
Ukrayna son iki ildə BVF-dən 17 milyard dollar kredit alıb və ilin sonundakı dəyərləndirmərdən sonra yardımların davam edib-etməməsi də aydınlaşacaq.