Valeri Pekres Fransa prezidentliyinə namizəd olub

Valeri Pekres Fransa prezidentliyinə namizəd olub Fransanın İle-de-Frans regionunun rəhbəri Valeri Pekres Respublikaçılar Partiyasından prezident seçkilərinə namizəd seçilib.
Digər ölkələr
110
5 Dekabr , 2021 01:15
Valeri Pekres Fransa prezidentliyinə namizəd olub

Fransanın İle-de-Frans regionunun rəhbəri Valeri Pekres Respublikaçılar Partiyasından prezident seçkilərinə namizəd seçilib.

"Report" xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Telekanal qeyd edir ki, seçkilər Respublikaçılar Partiyasının qurultayında keçirilib və o, daha sağçı xəttin tərəfdarı olan həmkarı Erik Sottini məğlub edib.

Pekres seçicilərin demək olar ki, 61%-nin, Sotti isə 39%-dən bir qədər çoxunun dəstəyini qazanıb.

Qeyd edək ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelinə təyin edilib.

Son xəbərlər

Orphus sistemi