ÜTT: Aİ-dən çıxmaq Böyük Britaniya sakinlərinə 13 milyard ABŞ dolları bahasına başa gələcək

ÜTT: Aİ-dən çıxmaq Böyük Britaniya sakinlərinə 13 milyard ABŞ dolları bahasına başa gələcək Roberto Azevedo: "Birləşmiş Krallığın demək olar bütün biznes fəaliyyəti bu və ya digər dərəcədə yenidən razılaşdırılmalıdır"
Digər ölkələr
25 May , 2016 17:21
ÜTT: Aİ-dən çıxmaq Böyük Britaniya sakinlərinə 13 milyard ABŞ dolları bahasına başa gələcək

Bakı. 25 may. REPORT.AZ/ "Böyük Britaniyanın Avropa İttifaqından çıxması ölkə sakinlərinə 9 milyard funt sterlinq (13 milyard ABŞ dolları) bahasına başa gələcək. Bu, hadisələrin Aİ-dən çıxışla yekunlaşacağı təqdirdə Böyük Britaniya idxalının üzləşəcəyi əlavə rüsumların dəyərinə bərabərdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedo deyib.

"Böyük Britaniyada bu rüsumlara görə istehlakçılar əlavə pul ödəməli olacaqlar", - deyə o, "The Financial Times"a müsahibəsində bildirib.

R.Azevedonun sözlərinə görə, xarici bazarlara çıxış zamanı yeni rüsumların tətbiq edilməsi səbəbindən Britaniya ixracatı 5,5 milyard funt sterlinq məbləğində rüsum məsrəfləri ilə üzləşəcək. ÜTT baş direktoru qeyd edib ki, Aİ-dən çıxış həm də Britaniyanın biznes fəaliyyətinin yenidən formalaşdırılması anlamına gələcək. Bunu da sıfırdan ÜTT-yə üzv olmaqla müqayisə etmək olar.

"Birləşmiş Krallığın demək olar bütün biznes fəaliyyəti bu və ya digər dərəcədə yenidən razılaşdırılmalıdır", - deyə o fikrini aydınlaşdırıb.

R.Azevedo qarşıdakı referendumda Britaniya xalqının seçimini suveren qərar adlandırıb.

"Lakin Britaniya iqtisadiyyatı üçün çox vacib olan ticarətlə bağlı insanların faktlardan agah olması və mövcud problemləri qiymətləndirməmək kimi hallardan yayınması çox vacibdir", - deyə baş direktor sözlərinə əlavə edib.

ÜTT başçısı həmçinin Avropa İttifaqından çıxmaqla Böyük Britaniyanın Aİ tərəfindən 58 ölkə ilə imzalanan 36 ticarət sazişinin üstünlüklərindən də məhrum olacağını, həmin ölkələrin bazarlarına çıxışı itirəcəyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi