Üsyançıların lideri: "Səudiyyə rejimi Yəmən xalqını qul vəziyyətinə sala bilməyəcək"

Üsyançıların lideri: "Səudiyyə rejimi Yəmən xalqını qul vəziyyətinə sala bilməyəcək" Yəmənlilər "cavab addımlar atacaq" və "Ər-Riyad höküməti səhvini anlayacaq"
Digər ölkələr
26 Mart , 2015 23:39
Üsyançıların lideri: Səudiyyə rejimi Yəmən xalqını qul vəziyyətinə sala bilməyəcək

Bakı. 26 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra digər ərəb dövlətləri Yəmənə qarşı hərbi əməliyyatları dərhal dayandırmasa husilərin cavabı gecikməyəcək.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlamanı üsyançı husilərin lideri Abdel Malik al-Housi səsləndirib.

Əhaliyə aqressiyaya qarşı vahid cəbhədə birləşmə çağırışı edən üsyançı lider vurğulayıb ki, "Səüdiyyə rejimi Yəmən xalqını qul vəziyyətinə sala bilməyəcək".

Abdel Malik al-Housi deyib ki, əyər avia zərbələr dayandırılmasa Yəmənlilər "cavab addımlar atacaq" və "Ər-Riad höküməti səhvini anlayacaq".

Kütləvi İnformasiya vasitələrinin məlumatına görə Səudiyyə Ərəbistanı əməliyyata 100 qırıcı tıyyarə,150 min əsgər və hərbi-dəniz qüvvələri cəlb edib.

Əməliyyatı, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Bəhreyin, Mərakeş və Sudan da dəstəkləyir.

Hutilərin minlərlə tərəfdarı paytaxt Sənada toplaşaraq, “Amerikaya ölüm”, “İsraillə ölüm” şüarları səsləndirib. Aksiya hutilərin komandiri tərəfindən təşkil edilib.

Son xəbərlər

Orphus sistemi