ÜST: Suriyada kimyəvi hücumun qurbanı 84 nəfər olub, 545 nəfər yaralanıb

ÜST: Suriyada kimyəvi hücumun qurbanı 84 nəfər olub, 545 nəfər yaralanıb Ölənlərin 27-si uşaqdır
Digər ölkələr
7 Aprel , 2017 14:44
ÜST: Suriyada kimyəvi hücumun qurbanı 84 nəfər olub, 545 nəfər yaralanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Suriyanın Xan Şeyxun şəhərində kimyəvi hücum qurbanlarının sayı 84 nəfərə çatıb, 545 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

ÜST-nin sözçüsü Tarik Yazareviç bu rəqəmləri təşkilatın İdlibdəki səhiyyə idarəsindən aldıqlarına aydınlıq gətirib.

Onun sözlərinə görə, ölənlərin 27-si uşaqdır.

Son xəbərlər

Orphus sistemi