ÜST: Son sutkada dünyada COVID-19-a 116 mindən çox yoluxma qeydə alındı

ÜST: Son sutkada dünyada COVID-19-a 116 mindən çox yoluxma qeydə alındı Dünyada koronavirusa yoluxanların sayı 5,8 milyon nəfəri ötüb.
Digər ölkələr
125
31 May , 2020 00:35
ÜST: Son sutkada dünyada COVID-19-a 116 mindən çox yoluxma qeydə alındı

Dünyada koronavirusa yoluxanların sayı 5,8 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son bir gündə ayrı-ayrı ölkələrdə virusa yoluxanların sayı ümumilikdə 116 min nəfərdən çox artıb. 

Qeyd edilir ki, infeksiya ilə bağlı ölüm hallarının sayı 5 min artıb və 362 mini ötüb.

Dünyada koronavirusa 5 817 385 yoluxma və 362 705 ölüm qeydə alınıb. Yoluxmaların 116 048-i, ölümlərin 5 017-i ötən gün təsdiqlənib.

Şimali və Cənubi Amerika regionu dünyada yoluxma hallarının sayına görə birinci yerdədir - 2 677 500. Qitədə COVID-19-a yoluxma halları bir gün ərzində 64 408 artıb. Ölüm hallarının sayı isə 3 396-da artaraq 154 608-ə çatıb.

Avropada 2 122 350 yoluxma və 179 353 ölüm qeydə alınıb. Son sutkada koronavirusa yoluxanların sayı 19 776 nəfər, ölənlərin sayı 975 nəfər artıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi