ÜST: Son gün ərzində dünyada 76 mindən çox insan koronavirusa yoluxub

ÜST: Son gün ərzində dünyada 76 mindən çox insan koronavirusa yoluxub Son gün ərzində dünyada koronavirusdan təxminən 5 min nəfər ölüb.
Digər ölkələr
3 Aprel , 2020 23:21
ÜST: Son gün ərzində dünyada 76 mindən çox insan koronavirusa yoluxub

Son gün ərzində dünyada koronavirusdan təxminən 5 min nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik informasiya bülletenində bildirilir.

Statistikaya əsasən, son bir gündə virusa yoluxanların sayı daha 76 190 nəfər, ölənlərin sayı 4 826 nəfər artıb. 

Virusa ən çox yoluxanlar və ölənlər əvvəlki kimi Avropa regionunda qeydə alınıb. Köhnə qitədə bir gün ərzində koronavirusa yoluxanların sayı daha 39 139 nəfər artıb, ölənlərin sayı 3 502 nəfər təşkil edib. Bununla da Avropada koronavirusa yoluxanların sayı 542 145 nəfərə, ölənlərin sayı 37 106-a çatıb. 

Şimali və Cənubi Amerikada koronavirusa 247 473 nəfər yoluxub, 5 600 nəfər ölüb. 

Dünyada koronavirus xəstələrinin ümumi sayı 972 640 nəfərə çatıb, 50 325 nəfər epidemiyanın qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi