​ÜST: Son 5 ayda Yəməndə 3 640 nəfər ölüb, 17 302 nəfər yaralanıb

​ÜST: Son 5 ayda Yəməndə 3 640 nəfər ölüb, 17 302 nəfər yaralanıb Toqquşmalarda ölən mülki vətəndaşların sayı 693, yaralıların sayı 3 820-yə çatıb
Digər ölkələr
21 İyul , 2015 22:17
​ÜST: Son 5 ayda Yəməndə 3 640 nəfər ölüb, 17 302 nəfər yaralanıb

Bakı. 21 iyul. REPORT.AZ/ Yəməndə ölənlərin sayı 3 500-ü keçib, 17 mindən çox insan yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Kristian Lindmeyer BMT-nin Cenevrədəki iqamətgahında keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, toqquşmalarda 19 mart - 10 iyul tarixləri arasında 3 640 nəfər ölüb, 17 302 nəfər yaralanıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının mətbuat katibi Rupert Kolville də toqquşmalarda ölən mülki vətəndaşların sayının 693, yaralıların sayının 3 820-yə çatdığını söyləyib. O, həmçinin Yəmənin əd-Dali şəhərindəki mühasirənin humanitar yardımların çatdırılmasına ciddi əngəl törətdiyini bildirib. 

Rupert Kolville husilərin uşaqları döyüşçü kimi istifadə etməsi barədə də xəbərlər aldıqlarını deyərək, təxminən 1,6 milyon uşağın kifayət qədər qida qəbul etməməsi səbəbindən təcili surətdə müalicəsinin zəruri olduğunu və məktəblərin 70 faizinin bağlanmasından dolayı 1,84 milyon uşağın təhsildən kənarda qaldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi