Qəzza zolağında beş yaşa qədər azı 8 min uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, bu problemin həllinin ən yaxşı yolu Qəzza zolağında sülhdür.