ÜST: Qərbi Afrikada Ebola epidemiyası dayandırılıb

ÜST: Qərbi Afrikada Ebola epidemiyası dayandırılıb Rik Brennan: "Amma nəzarəti davam etdirməliyik"
Digər ölkələr
14 Yanvar , 2016 14:07
ÜST: Qərbi Afrikada Ebola epidemiyası dayandırılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ "Liberiyada Ebola virusunun qarşısı alınıb, Qərbi Afrikada ölümcül epidemiya dayandırılıb, amma nəzarəti davam etdirməliyik". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranmış risklərin idarə edilməsi idarəsinin direktoru Rik Brennan Cenevrədə keçirdiyi brifinqdə deyib.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Liberiya hökuməti rəsmi şəkildə bu virusdan xilas olduqlarını söyləmişdi. Amma noyabrda virusa yoluxma ilə bağlı 3 yeni hal qeydə alınıb.

Qeyd edək ki, Ebola epidemiyası 2014-cü ilin fevral ayında Qvineyada tüğyan etməyə başlayıb. Sonra virus qonşu Syerra Leone və Liberiyaya keçib. Epidemiyanın yarandığı gündən bu üç ölkədə xəstəlikdən 11 mindən çox adam dünyasını dəyişib, 28 mindən çox adam isə təhlükəli virusa yoluxub.

Son xəbərlər

Orphus sistemi