ÜST mütəxəssisləri Çində işini yekunlaşdırır

ÜST mütəxəssisləri Çində işini yekunlaşdırır Yeni növ koronavirus infeksiyasının yaranmasının səbəblərini araşdırmaq üçün Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti işini yekunlaşdırmaq üzrədir.
Digər ölkələr
5 Fevral , 2021 23:18
ÜST mütəxəssisləri Çində işini yekunlaşdırır

Yeni növ koronavirus infeksiyasının yaranmasının səbəblərini araşdırmaq üçün Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti işini yekunlaşdırmaq üzrədir.

“Report”un məlumatına görə, bunu ÜST-ün eksperti Mariya van Kerkxove bildirib.

Onun sözlərinə görə, ekspertlər görülən işin nəticələri barədə ətraflı hesabat hazırlayacaq:

“Səfərin ardından hesabat hazırlanacaq, ancaq bütün suallara cavab verməyəcək. Bu, yalnız başlanğıcdır. Alınan cavablar yeni suallar doğurur. Buna görə mütləq əlavə araşdırmaya ehtiyacımız olacaq. Hesabat hazır olduqdan sonra dərc ediləcək və ictimaiyyətə təqdim ediləcək”.

Son xəbərlər

Orphus sistemi