ÜST koronavirusun mənbəyi olan Uhana səfər məruzəsini açıqlamaqdan imtina etdi

ÜST koronavirusun mənbəyi olan Uhana səfər məruzəsini açıqlamaqdan imtina etdi ÜST koronavirusun mənşəyinin səbəblərinin araşdırılması üçün Uhan şəhərinə səfərin nəticəsinə görə beynəlxalq ekspertlər missiyasının ilkin məruzəsini dərc etməyəcək
Digər ölkələr
105
5 Mart , 2021 00:48
ÜST koronavirusun mənbəyi olan Uhana səfər məruzəsini açıqlamaqdan imtina etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyinin səbəblərinin araşdırılması üçün Çin Xalq Respublikasının Uhan şəhərinə səfərin nəticəsinə görə beynəlxalq ekspertlər missiyasının ilkin məruzəsini dərc etməyəcək.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” bildirib.

Missiyanın 26 eksperti bildirib ki, məruzə etibarsız elan edilməlidir, çünki çıxarılan nəticələr kifayət qədər deyil.

ÜST-ün mütəxəssislərin məktubuna əsasən missiya COVID-19-un mənşəyini araşdırmaq üçün tam giriş əldə etməyib

Qəzetin məlumatına görə, ekspertlər tam şəffaflığın təminatı olan yeni araşdırmanın keçirilməsinə çağırıblar.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi