ÜST: Koronavirusa daha 260 min insan yoluxub

ÜST: Koronavirusa daha 260 min insan yoluxub Son 24 saatda dünyada koronavirusa 259 min yeni yoluxma təsdiqlənib, bununla da koronavirusa yoluxanların ümumi sayı 18,61 milyon nəfəri ötüb.
Digər ölkələr
711
7 Avqust , 2020 03:21
ÜST: Koronavirusa daha 260 min insan yoluxub
0 : 00
0 : 00

Son 24 saatda dünyada koronavirusa 259 min yeni yoluxma təsdiqlənib, bununla da koronavirusa yoluxanların ümumi sayı 18,61 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatıın məlumatına görə, dünyada koronavirusdan ölüm hallarının sayı son gün ərzində 6 mindən çox artıb və 702 mini ötüb.

Qeyd edilir ki, dünyada COVID-19-a ümumilikdə 18 614 177 yoluxma, 702 642 ölüm qeydə alınıb. Son bir gündə yeni yoluxmaların sayı 259 344 təşkil edib, bununla yanaşı, daha 6 488 insan pandemiyanın qurbanı olub.

Şimali və Cənubi Amerika yoluxmaların sayı üzrə birinci yerdədir. Bu qitədə koronavirusa 9 981 204 yoluxma aşkarlanıb. Bir gün ərzində artım göstəricisi 139 362 təşkil edib.

Avropa regionunda 3 477 225 yoluxma, 215 168 ölüm qeydə alınıb. Son 24 saatda 25 178 yoluxma qeydə alınıb, 430 insan ölüb.

Orphus sistemi