ÜST fransız alimlərin çıxışını utancverici adlandırdı - VİDEO

ÜST fransız alimlərin çıxışını utancverici adlandırdı - VİDEO “XXI əsrdə elm adamlarının bu cür açıqlamalar verməsi dəhşətdir”.
Digər ölkələr
7 Aprel , 2020 14:34
ÜST fransız alimlərin çıxışını utancverici adlandırdı - VİDEO

“XXI əsrdə elm adamlarının bu cür açıqlamalar verməsi dəhşətdir”.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus fransalı alimlərin koronavirus vaksininin Afrikadakı insanlar üzərində sınaqdan keçirilməsi fikirlərinə münasibət bildirərəkən deyib.

“Açığı, bu, məni dəhşətə gətirdi. Bu gün irqçi çıxışlardansa, həmrəylik nümayiş etdirmək lazımdır. Afrika heç bir vaksin üçün təcrübə yeri olmamalıdır, olmayacaq da. Afrika, Avropa, dünyanın harası olursa-olsun, protokollar hər yerdə eyni şəkildə tətbiq ediləcək. Müstəmləkəçik dövründən qalma mentalitetə son qoyulmalıdır. Bu utanvericidir", - o vurğulayıb.

Qeyd edək ki, aprelin 3-də Fransadan olan həkimlər Jan Pol MirKamilla Loxt koronavirus vaksinini Afrikada sınaqdan keçirməyi təklif etmişdilər.

Son xəbərlər

Orphus sistemi