Dünyada COVID-19-la bağlı son vəziyyət açıqlandı

Dünyada COVID-19-la bağlı son vəziyyət açıqlandı Dünyada son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 219 mindən çox artıb və 12,3 milyonu ötüb
Digər ölkələr
1817
11 İyul , 2020 22:05
Dünyada COVID-19-la bağlı son vəziyyət açıqlandı

Dünyada son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 219 mindən çox artıb və 12,3 milyonu ötüb

“Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada COVID-19-dan ölənlərin ümumi sayı 556 min nəfəri ötüb.

Məlumatda qeyd edilir ki, son bir gün ərzində koronavirus infeksiyasına yeni 219 983 yoluxma qeydə alınıb, COVID-19-dan daha 5 286 pasiyent ölüb. Beləliklə, dünyada koronavirusa yoluxanların ümumi sayı 12 322 395 nəfər təşkil edir. Pandemiya ərzində dünyada ümumilikdə 556 335 insan COVID-19-dan ölüb.

Təhükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə  6 397 230 insan COVID-19-a yoluxub. Avropada 2 888 850 nəfər koronavirus yoluxucusu kimi qeydə alınıb.