ÜST: Dünyada koronavirusa yoluxanların sayı 113 min artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 113 min artıb Dünyada COVID-19-a yoluxanların ümumi sayı 6,2 milyona çatır.
Digər ölkələr
3 İyun , 2020 00:10
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 113 min artıb

Dünyada COVID-19-a yoluxanların ümumi sayı 6,2 milyona çatır.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə ayrı-ayrı ölkələrdə COVID-19-a yoluxanların sayı 100 mindən çox artıb.

Eyni zamanda 376 mindən çox insan təhlükəli virusdan ölüb.

Son sutkada COVID-19-a 113 198 yeni yoluxma qeydə alınıb, 4 242 pasiyent ölüb. Beləliklə, dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 194 533, ölüm hallarının sayı 376 320 təşkil edir.

Dünyada təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 905 432 insan təhlükəli virusa yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi