ÜST: Dünyada koronavirusa yeni 152 mindən çox yoluxma qeydə alınıb

ÜST: Dünyada koronavirusa yeni 152 mindən çox yoluxma qeydə alınıb Dünyada koronavirusa yoluxanların sayı 8,86 milyonu ötüb.
Digər ölkələr
22 İyun , 2020 22:19
ÜST: Dünyada koronavirusa yeni 152 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı 8,86 milyonu ötüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 152 mindən çox yoluxma qeydə alınıb.

Qeyd edilir ki, hazırda dünyada koronavirusa 8 860 331 yoluxma və 465 740 ölüm aşkarlanıb. Son sutkada aşkarlanan yeni yoluxma hallarının sayı 152 323-dür, COVID-19-dan ölənlərin sayı isə 4 025 nəfər artıb. 

Qeyd edilir ki, Şimali və Cənubi Amerika regionu təhlükəli infeksiyaya yoluxanların sayı üzrə birinci yerdədir. Bu regionda COVID-19-a 4 370 519 yoluxma qeydə alınıb. Göstərici con bir gün ərzində 90 665 artıb. Bununla yanaşı, son sutkada daha 2 627 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, regionda COVID-19 qurbanlarının sayı 221 771-ə çatıb.

Avropada virusa 2 543 778 yoluxma, 193 366 ölüm qeydə alınıb. Son 24 saatda regionda təhlükəli infeksiyaya yoluxanların sayı 17 115 nəfər, ölənlərin sayı 280 nəfər artıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi