ÜST: Dünyada koronavirusa daha 231,6 min insan yoluxub

ÜST: Dünyada koronavirusa daha 231,6 min insan yoluxub Dünyada son bir gün ərzində koronavirusa 213mindən çox yoluxma aşkarlanıb.
Digər ölkələr
22 İyul , 2020 01:55
ÜST: Dünyada koronavirusa daha 231,6 min insan yoluxub

Dünyada son bir gün ərzində koronavirusa 213 mindən çox yoluxma aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 14,5 milyon nəfəri ötüb.

Məlumata görə, son bir gün ərzində yeni COVID-19-a 213 637 yoluxma qeydə alınıb, COVID-19-dan 4 083 pasiyent ölüb. Beləliklə, dünyada xəstəliyin aşkar edilmiş hallarının ümumi sayı 14 562 550 təşkil edir. Bununla yanaşı, virusdan ölənlərin sayı 607 781 nəfərdir.

Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə COVID-19-a 7 702 075 insan yoluxub. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. Köhnə qitədə koronavirusa 3 103 674 yoluxma aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi