ÜST: Dünyada koronavirusa 167 min yeni yoluxma aşkarlanıb

ÜST: Dünyada koronavirusa 167 min yeni yoluxma aşkarlanıb Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,2 milyon nəfəri ötüb.
Digər ölkələr
26 İyun , 2020 02:14
ÜST: Dünyada koronavirusa 167 min yeni yoluxma aşkarlanıb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,2 milyon nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada ötən gün ərzində təhlükəli virusdan 5 336 ölüm aşkar edilib. Bununla da koronavirusdan ölən pasiyentlərin ümumi sayı 479 133 nəfər təşkil edir.

Son sutkada dünyada COVID-19-a 167 mindən çox yoluxma qeydə alınıb. Bununla da pandemiya ərzində koronavirusa yoluxanların sayı 9 296 202 nəfərə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi