ÜST: Dünyada koronavirusa 133 mindən çox yeni yoluxma aşkarlanıb

ÜST: Dünyada koronavirusa 133 mindən çox yeni yoluxma aşkarlanıb Dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon nəfərə yaxınlaşır.
Digər ölkələr
23 İyun , 2020 23:33
ÜST: Dünyada koronavirusa 133 mindən çox yeni yoluxma aşkarlanıb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9 milyon nəfərə yaxınlaşır.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə dünyada COVID-19-a 133 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən sutkada təhlükəli infeksiyadan daha 3 847 ölüm qeydə alınıb. Koronavirusdan ölən pasiyentlərin ümumi sayı 469 587 təşkil edir.

Rəsmi statistikaya əsasən pandemiya ərzində dünyada COVID-19-a yoluxanların sayı 8 993 659 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi