ÜST: Dünyada daha 105,6 min insan COVID-19-a yoluxub

ÜST: Dünyada daha 105,6 min insan COVID-19-a yoluxub Dünyada koronavirusa yoluxanların sayı 7,1 milyon nəfəri ötüb.
Digər ölkələr
133
11 İyun , 2020 00:56
ÜST: Dünyada daha 105,6 min insan COVID-19-a yoluxub

Dünyada koronavirusa yoluxanların sayı 7,1 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, pandemiya ərzində ayrı-ayrı ölkələrdə ümumilikdə 408 mindən çox insan virusdan ölüb.

Qeyd edilir ki, ötən bir gün ərzində dünyada COVID-19-a 105 621 yeni yoluxma qeydə alınıb. Son sutkada daha 3 629 pasiyent pandemiyanın qurbanı olub. Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 7 145 539 təşkil edir. Pandemiya ərzində 408 025 insan koronavirusun qurbanı olub. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi