ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb

ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb Son sutka ərzində dünyada koronavirusa 206 mindən çox yoluxma qeydə alınıb.
Digər ölkələr
5 Avqust , 2020 22:07
ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb

Son sutka ərzində dünyada koronavirusa 206 mindən çox yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, bütün dünyada virusa yoluxanların sayı 18 354 342-yə çatıb. Son gün ərzində COVID-19-a 206 709 yeni yoluxma aşkarlanıb.

Dünyada ümumilikdə 696 147 insan pandemiyanın qurbanı olub. Ötən gün 5 116 daha pasiyent təhlükəli infeksiyadan ölüb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Martın 11-də ÜST koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi