ÜST-dən 5G mobil şəbəkələrin COVID-19-u yayması ilə bağlı açıqlama

ÜST-dən 5G mobil şəbəkələrin COVID-19-u yayması ilə bağlı açıqlama Viruslar radiodalğalar mobil şəbəkələr vasitəsilə yayılmır.
Digər ölkələr
5107
28 İyun , 2020 13:19
ÜST-dən 5G mobil şəbəkələrin COVID-19-u yayması ilə bağlı açıqlama

Viruslar radiodalğalar mobil şəbəkələr vasitəsilə yayılmır.

"Report" xəbər verir ki, bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəsmi səhifəsində bildirilib.

Qeyd olunub ki, COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

"COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi