Uruqvayın keçmiş prezidenti dünyasını dəyişib

Uruqvayın keçmiş prezidenti dünyasını dəyişib Xorxe Batle 88 yaşında ölüb
Digər ölkələr
25 Oktyabr , 2016 08:30
Uruqvayın keçmiş prezidenti dünyasını dəyişib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Uruqvayın keçmiş prezidenti Xorxe Batle 88 yaşında dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Oktyabrın 13-də keçmiş prezident huşunu itirmiş və xəstəxanaya yerləşdirilmişdi.

Sağ mərkəzçi "Kolorado" partiyasından olan Batle 2000-2005-ci ildə prezident postunu tutub. 2002-ci ildə onun təşəbbüsü ilə Uruqvayla Kuba arasındakı diplomatik münasibətlər pozulub. Bundan başqa, Cənubi Amerikanın bu ölkəsində ən böyük bank böhranı da 2002-ci ilə - Batlenin prezidentliyi dövrünə təsadüf edir.

Son xəbərlər

Orphus sistemi