Uruqvayda 10 mindən çox adam daşqınlar səbəbiylə evlərini tərk edib

Uruqvayda 10 mindən çox adam daşqınlar səbəbiylə evlərini tərk edib Çətin vəziyyət Uruqvay ərazisinin 18 departamentində müşahidə olunur
Digər ölkələr
20 Aprel , 2016 09:26
Uruqvayda 10 mindən çox adam daşqınlar səbəbiylə evlərini tərk edib

Bakı. 20 aprel. REPORT.AZ/ Uruqvayda 10 mindən çox adam daşqınlar səbəbiylə evlərini tərk edib. "Report" ölkənin fövqəladə hallar üzrə Milli İdarəsinin saytına istinadən xəbər verir ki, daşqınlara səbəb leysan yağışları olub.

Çətin vəziyyət Uruqvay ərazisinin 18 departamentində müşahidə olunur. Yerli sinoptiklərin proqnozlarına görə, leysan yağışları ölkənin bəzi bölgələrində yenə davam edə bilər.

Daşqınlar nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi