Yuxarı

​Uruqvay prezidentinin səlahiyyət müddəti başa çatır

Onu həkim-onkoloq əvəz edəcək

Bakı.28 fevral. REPORT.AZ/ Bu gün Uruqvay prezidenti Xose Muxikonun səlahiyyət müddəti başa çatır.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Ölkə konstitusiyasına uyğun olaraq, prezident ardıcıl ikinci müddətə dövlət başçısı seçilə bilməz.

2010-cu il martın 1-dən Uruqvayın prezidenti olan Xose Muxiko siyasətdən getməycəyini və senator vəzifəsini tutacağını söyləyib.

Bu yaxınlarda keçirilən seçkinin nəticələrinə görə, martın 1-dən 74 yaşlı həkim-onkoloq Tabare Vaskes 4 il müddətinə Uruqvayın prezidenti olacaq.

Qeyd edək ki, KİV Xose Muxikoya "kasıb prezident" ləqəbi verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi