​Uruqvay 6 müsəlman məhkuma sığınacaq verib

​Uruqvay 6 müsəlman məhkuma sığınacaq verib ABŞ 4 suriyalı, 1 fələstinli və 1 tunisli müsəlman məhkumu Uruqvaya təslim edib
Digər ölkələr
9 Dekabr , 2014 03:56
​Uruqvay 6 müsəlman məhkuma sığınacaq verib

Bakı. 8 dekabr. REPORT.AZ/ Uruqvay prezidenti Jose Mujika vəzifəsini gələn il martın 10-da yeni prezidenti seçilən Tabari Vazqueze təslim etməzdən əvvəl dünyanı heyrətə salan daha bir qərara imza atıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, J.Mujika ABŞ-da 11 sentyabr hadisələrindən sonra salınan Kubadakı məşhur Quantanamo hərbi rejimli həbsxanada on ildən çoxdur həbs cəzası çəkən 6 müsəlman məhkuma sığınacaq verib. Belə ki, Uruqvay hökuməti 4 suriyalı, 1 fələstinli və 1 tunisli müsəlman məhkumun ABŞ-dan təslim aldığını açıqlayıb.

Uruqvay prezidenti bildirib ki, ölkəsinə gələn 6 müsəlmanla nə məhkum, nə də qaçqın kimi davranılacaq: "Bu şəxslər nə zaman hara istəsələr gedə bilərlər, qaçqın olmaq bir insanlıq haqqıdır və bu insanlar hər mənada azad olmalıdır".

J.Mujika ABŞ-ı da sərt şəkildə tənqid edərək vurğulayıb ki, Quantanamo bir həbsxanadan çox insanların qaçırılıb qanunsuz tutulduğu bir hücrədir.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama təxminən on ay davam edən danışıqlar nəticəsində 6 məhkumun Uruqvay torpaqlarında ən azı iki il qalmaq şərti ilə J.Mujika ilə razılığa gəlib. Bununla belə, Quantanamoda hələ də 136 məhbusun olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi