Bakı. 28 sentyabr. REPORT.AZ/ Uqanda parlamentinin üzvləri iclas zamanı dalaşıb.
"Report" xəbər verir ki, bu gün baş verən hadisə ilə bağlı videonu "Sky News" portalı paylaşıb.
Rəqiblər əlbəyaxa döyüşlərlə kifayətlənməyib, bir-birinin üzərinə əvvəlcə stulları, sonra isə əllərinə keçən əşyaları atıblar.
Mübahisələrin səbəbi prezidentin 75 yaşına çatdıqdan sonra da dövlət başçısı vəzifəsində qalmasına imkan verən qanun layihəsi olub.
Məlumat üçün bildirək ki, indi dövlət başçısı Yoveri Museveninin 73 yaşı var.
Qeyd edək ki, Uqanda qanunvericiliyinə əsasən, prezident ümumi səsvermə yolu ilə hər beş ildən bir seçilir.