Uqandada zəncirvari yol qəzasında ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB

Uqandada zəncirvari yol qəzasında ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB Onların arasında üç uşaq da var
Digər ölkələr
26 May , 2018 16:54
Uqandada zəncirvari yol qəzasında ölənlərin sayı 48 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 26 may. REPORT.AZ/ Uqandada yol qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Uqanda Nümayəndəliyi məlumat yayıb.

BQXK-nın Uqanda Nümayəndəliyinin rəsmisi İren Nakasiita yol qəzasında 16-sı uşaq olmaqla, 48 nəfərin öldüyünü açıqlayıb. 

*** 11:04

Uqandada ağır yol qəzası baş verib. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə mayın 25-dən 26-na keçən gecə Kiryandoqo rayonunda qeydə alınıb. 

Sərnişin avtobusu, traktor və yük maşınının toqquşması nəticəsində 19 nəfər ölüb. Onların arasında üç uşaq da var. 

Qəzada xeyli sayda yaralananın olduğu vurğulanıb.  

Son xəbərlər

Orphus sistemi