UNRWA: Münaqişə kəskinləşəndən bəri Qəzzada azı 193 əməkdaş ölüb

UNRWA: Münaqişə kəskinləşəndən bəri Qəzzada azı 193 əməkdaş ölüb Fələstin-İsrail münaqişəsinin 2023-cü ilin oktyabrında qızışmağa başladığı vaxtdan bəri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) azı 193 əməkdaşı Qəzza zolağında ölüb.
Digər ölkələr
18 iyun 2024 06:57
UNRWA: Münaqişə kəskinləşəndən bəri Qəzzada azı 193 əməkdaş ölüb

Fələstin-İsrail münaqişəsinin 2023-cü ilin oktyabrında qızışmağa başladığı vaxtdan bəri BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) azı 193 əməkdaşı Qəzza zolağında ölüb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Qəzza zonası humanitar təşkilatların əməkdaşları üçün işləmək baxımından ən təhlükəli yerdir. Müharibə başlayandan bəri UNRWA-nın 193 əməkdaşı öldürülüb - bu, BMT tarixində ən yüksək itkidir”, - agentliyin “X” sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi