UNRWA ABŞ-nin yardımı dayandırmasına görə maaşların ödənilməsində çətinliklərlə üzləşir

UNRWA ABŞ-nin yardımı dayandırmasına görə maaşların ödənilməsində çətinliklərlə üzləşir BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) ABŞ tərəfindən yardımın dayandırılması ilə əlaqədar əməkdaşların maaşlarının ödənilməsində çətinliklərlə üzləşir.
Digər ölkələr
4 Fevral , 2025 14:35
UNRWA ABŞ-nin yardımı dayandırmasına görə maaşların ödənilməsində çətinliklərlə üzləşir

BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) ABŞ tərəfindən yardımın dayandırılması ilə əlaqədar əməkdaşların maaşlarının ödənilməsində çətinliklərlə üzləşir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın kommunikasiya şöbəsinin rəhbəri Juliet Toma Cenevrədə keçirilən brifinqdə bildirib.

"Biz yanvar ayında maaşları ödəyə bildik, lakin bununla bağlı vəziyyət getdikcə daha da çətinləşir. Maliyyə böhranı kəskindir, heç nəyi planlaşdıra bilmirik", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi