UNICEF: Cənubi Sudanda yüzlərlə uşaq oğurlanıb

UNICEF: Cənubi Sudanda yüzlərlə uşaq oğurlanıb Son iki həftədə silahlı şəxslər yüzlərlə uşağı zorla qaçırıb
Digər ölkələr
1 Mart , 2015 02:50
UNICEF: Cənubi Sudanda yüzlərlə uşaq oğurlanıb

Bakı. 1 Mart. REPORT.AZ/  BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndələri son iki həftə ərzində Cənubi Sudanda silahlı şəxslər tərəfindən yüzlərlə uşağın oğurlandığını açıqlayıb.

"Report"un "Gazeta.Ru" saytına istinadən verdiyi məlumara görə, UNICEF ekspetləri bunun Cənubi Sudanda ilk belə hadisə olmadığına diqqət çekərək, bu yaxınlarda 89 oğlan uşağının silahli birləşmə üzvləri tərəfindən zorla qaçırıldığını xatırladıblar.

Ekspertlər hesab edir ki, bu uşaqlar Cənubi Sudanda uzun illərdir davam edən tayfalararası münaqişədə əsgər kimi istifadə ediləcək.

Son xəbərlər

Orphus sistemi