Ukraynanın UNİAN informasiya agentliyinin baş direktoru Mixail Qanitski Qara Dəniz Teleradio Şirkətinin “Baxış bucağı” verilişində Qarabağ probleminin tarixindən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa yenidənqurma işlərindən danışıb.
"Report" xəbər verir ki, M.Qannitski XIX əsrdə ermənilərin Cənubi Qafqaza köçürülməsi barədə də məlumat verib.
Verilişdə, həmçinin 1988-ci ildə Sumqayıtda baş verən hadisələrə diqqət yetirilib. Qeyd olunub ki, talanlara etnik erməni Eduard Qriqoryan rəhbərlik edib.
Bundan əlavə, Mixail Qanitski Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina təhlükəsi barədə söz açıb.