Əfqanıstanda 2019-cu ilin 9 ayı ərzində hər gün şiddət səbəbiylə doqquz uşaq ya ölüb, ya da əlil olub.
“Report” xəbər verir ki, bu barədə
Qeyd olunub ki, 2019-cu ilin yanvar-sentyabr aylarında öldürülən və ya əlil olan uşaqların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artıb.
Hesabatda uşaqların daha çox paytaxt Kabil, Nəngərhar, Pəktiya, Hilmənd və Qəndəhar əyalətlərində şiddətə məruz qaldıqları qeyd olunub.
Hesabata əsasən, Əfqanıstanda 2 milyon uşaq düzgün və sağlam qida qəbul etmədiyinə görə müxtəlif xəstəliklərlə mübarizə aparırlar.
Bildirilib ki, zorakılığa məruz qalan uşaqlarda ciddi psixoloji xəstəliklər də meydana gəlib.