UNESCO-nun baş direktoru İrina Bokova BMT-nin baş katibliyinə namizəd olacaq

UNESCO-nun baş direktoru İrina Bokova BMT-nin baş katibliyinə namizəd olacaq Bolqarıstanlı siyasətçi bəyan edib ki, seçkilərdə qalib olmağa qadirdir
Digər ölkələr
11 Yanvar , 2016 00:16
UNESCO-nun baş direktoru İrina Bokova BMT-nin baş katibliyinə namizəd olacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ UNESCO-nun hazırkı baş direktoru İrina Bokova bəyan edib ki, BMT-nin baş katibi postu uğrunda mübarizəyə qoşulacaq.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bolqarıstanlı siyasətçi bəyan edib ki, seçkilərdə qalib olmağa qadirdir.

"Mən, ilk növbədə Bolqarıstanın namizədi olmaq istəyirəm. Hesab edirəm ki, bütün maraqlı tərəflər də bu qərarımı dəstəkləyəcək. İlk növdəbə BMT Təhlükəsizlik Şurasının üzvlərini nəzərdə tuturam. Ancaq, əfsuslar olsun ki, Bolqarıstan xaricindən daha çox dəstək alıram, nəinki rəsmi Sofiyadan", - deyə İrina Bokova qeyd edib.

Qeyd edək ki, BMT-nin yeni baş katibi bu il seçiləcək. Hazırkı baş katib Pan Qi Munun səlahiyyət müddəti dekabrın 31-də başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi