​Yunanıstanın sabiq müdafiə naziri terrorçuluqda şübhəli bilinir

​Yunanıstanın sabiq müdafiə naziri terrorçuluqda şübhəli bilinir Soxadzopulos ölkənin keçmiş baş katibi Yannis Sbokosun evində üç partlayışın təşəbbüsçüsü olub
Digər ölkələr
18 Yanvar , 2015 09:43
​Yunanıstanın sabiq müdafiə naziri terrorçuluqda şübhəli bilinir

Bakı. 18 yanvar. REPORT.AZ/ Yunanıstanın sabiq müdafiə naziri Akis Soxadzopulos terrorçularla əlaqədə şübhəli bilinir.

"Report" xəbər verir ki, Soxadzopulos ölkənin keçmiş baş katibi Yannis Sbokosun evində üç partlayışın təşəbbüsçüsü olub.

Ehtimal edilir ki, məmur təkcə terrorçuların deyil, həmçinin görkəmli siyasi xadimlərin də daxil olduğu 37 nəfərdən ibarət dəstənin tərkibində fəaliyyət göstərib.

Keçmiş nazir 2013-cü ildə saxta vergi bəyannaməsi təqdim etmək cəhdinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Lakin yekunda, onun cəza müddəti 5,5 ilədək azaldılıb.

Son xəbərlər

Orphus sistemi