Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib Bu, Efiopiyanın sabiq səhiyyə naziri Tedros Adanom Qebreisusdur
Digər ölkələr
24 May , 2017 01:41
Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib
Twitter

Bakı. 24 may. REPORT.AZ/ Efiopiyanın sabiq səhiyyə naziri Tedros Adanom Qebreisus Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni baş direktor seçilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu qərar Cenevrədə keçirilən 70-ci Ümumdünya Səhiyyə Assambleyasının iclasında qəbul olunub.

Bu barədə rəsmi olaraq plenar iclasda elan olunub.

Bildirilir ki, 51 yaşlı Tedros Adanom Qebreisus Eritreyanın paytaxtında və Londonda təhsil alıb, "İctimai səhiyyə" ixtisası üzrə elmlər doktoru dərəcəsinə yiyələnib. O, 2005-2012-ci illərdə Efiopiyanın Səhiyyə Nazirliyinə rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi