ÜST-nün Afrika əsilli yeni baş direktoru səlahiyyətlərinin icrasına başlayıb

ÜST-nün Afrika əsilli yeni baş direktoru səlahiyyətlərinin icrasına başlayıb Tedros Adhanom Gebreyesus təşkilat rəhbəri kimi həyata keçirmək istədiyi prioritet məsələləri açıqlayıb
Digər ölkələr
1 İyul , 2017 16:24
ÜST-nün Afrika əsilli yeni baş direktoru səlahiyyətlərinin icrasına başlayıb

Bakı. 1 iyul. REPORT.AZ/ Efiopiyanın keçmiş səhiyyə və xarici işlər naziri Tedros Adhanom Gebreyesus Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru kimi səlahiyyətlərinin icrasına başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, o, təşkilat rəhbəri kimi həyata keçirmək istədiyi prioritet məsələləri açıqlayıb.  

Yeni baş direktor bildirib ki, sələfi Marqaret Çenin reallaşdırdığı islahatları davam etdirəcək və əldə olunan vəsaitlərin əsas problemlərin həllinə yönəldilməsi üçün əlindən gələni edəcək.

Qeyd edək ki, T.A.Gebreyesus  bu vəzifəyə seçilən ilk afrikalıdır. 52 yaşlı siyasətçinin səlahiyyət müddəti 5 ildir. 

Son xəbərlər

Orphus sistemi