Ümumdünya İqtisadi Forumunda 40-dan artıq dövlət və hökumət rəhbərləri iştirak edəcək

Ümumdünya İqtisadi Forumunda 40-dan artıq dövlət və hökumət rəhbərləri iştirak edəcək Forumda 140 ölkədən biznes elitasının 2 500 nümayəndəsi iştirak edəcək
Digər ölkələr
14 Yanvar , 2015 16:28
Ümumdünya İqtisadi Forumunda 40-dan artıq dövlət və hökumət rəhbərləri iştirak edəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 21-24-də Davosda keçirilməsi planlaşdırılan Ümumdünya İqtisadi Forumunda (ÜİF) 40-dan artıq dövlət və hökumət rəhbərləri, eləcə də 140 ölkədən biznes elitasının 2 500 nümayəndəsi iştirak edəcək. "Report" ÜİF mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniyanın kansleri Angela Merkel, Türkiyənin baş naziri Əhməd Davudoğlu, ABŞ dövlət katibi Con Kerri, Çinin baş naziri Li Ketsyan və s. forumda iştiraklarını təsdiqləyiblər.

Qarşıdakı forumun əsas mövzusu "Yeni qlobal kontekst", inkişaf və sabitlik məsələləri, böhranlar və onların aradan qaldırılması üçün əməkdaşlıq, cəmiyyət və təhlükəsizlik, innovasiyalar və sənaye məsələləri olacaq. 

Biznes elitasının rəhbərləri, siyasi liderlər mühüm dünya problemlərini, əsas geosiyasi məsələləri müzakirə edəcəklər. Forumun proqramına bu ilin hadisələrinə həsr olunan debatlar, qlobal enerji gündəlik və qlobal təhlükəsizlik məsələləri daxil edilib. ABŞ, Rusiya, qlobal iqtisadi vəziyyət üzrə icmal sessiyalar keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi