Ümumdünya Ərzaq Proqramının rəhbəri koronavirusa yoluxub

Ümumdünya Ərzaq Proqramının rəhbəri koronavirusa yoluxub Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbəri Devid Bisli koronavirusa yoluxub.
Digər ölkələr
20 Mart , 2020 10:05
Ümumdünya Ərzaq Proqramının rəhbəri koronavirusa yoluxub

Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbəri Devid Bisli koronavirusa yoluxub. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında dərc olunan bəyanatda bildirilib.

"Bir neçə saat əvvəl COVID-19 ilə bağlı keçdiyim testin müsbət nəticələrini aldım. Kanadaya rəsmi səfərdən sonra ABŞ-a qayıdarkən narahatlıq hiss etdim", - D.Bisli qeyd edib.

O, hazırda özünü yaxşı hiss etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi