"Umberto" qasırğası üçüncü dərəcəyədək güclənib

"Umberto" qasırğası üçüncü dərəcəyədək güclənib ABŞ-ın şərq sahillərində əmələ gələn Umberto qasırğasının gücü Saffir - Simpson cədvəlinə görə beşdən üçüncü dərəcəyə qədər artıb.
Digər ölkələr
18 Sentyabr , 2019 05:53
Umberto qasırğası üçüncü dərəcəyədək güclənib

ABŞ-ın şərq sahillərində əmələ gələn "Umberto" qasırğasının gücü "Saffir - Simpson" cədvəlinə görə beşdən üçüncü dərəcəyə qədər artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Milli Qasırğa Müşahidə Mərkəzinin saytı yazıb.

Məlumata görə, ABŞ-ın Şərq Sahilində saat 20: 00-da (18 sentyabr, Bakı vaxtı ilə 04: 00-da) qasırğa Bermud adaları sahillərindən 655 km cənub-qərbdə olub. Küləyin maksimal sürəti 51,4 m/s-ə çatıb.

Hazırda qasırğa 5.3 m/s sürətlə şimal-şərqə doğru hərəkət edir.

Mərkəzin "Umberto"nun cümə axşamı səhər saatlarında artacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi