Ukraynanın Ali Radası Donbassın xüsusi statusu haqqında qanun qəbul edib

Ukraynanın Ali Radası Donbassın xüsusi statusu haqqında qanun qəbul edib Həmçinin münaqişə iştirakçıları üçün amnistiyanı nəzərdə tutulan qanun qəbul edilib
Digər ölkələr
16 Sentyabr , 2014 15:22
Ukraynanın Ali Radası Donbassın xüsusi statusu haqqında qanun qəbul edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Ukrayna Ali Radası Donbassın rayonlarının xüsusi statusu haqqında qanun qəbul edib. Report RİA Novosti-yə istinadən xəbər verir ki, həmin qanun yerli seçkilərin keçirilməsini nəzərdə tutur. 

Həmçinin, Ali rada münaqişə iştirakçıları üçün amnistiyanı nəzərdə tutan qanun da qəbul edib. "Donetsk və Luqansk vilayətlərinin ərazisində hadisələrin iştirakçısı olan şəxslərin cinayət təqibi və cəza növlərinin qarşısının alınması haqqında" qanunu silahlı qruplaşmaların və şəxslərin bəzi kateqoriyalarını müəyyən şərtlərlə inzibati və cinayət məsuliyyətindən azad olunmasını nəzərdə tutur. 

Ukraynalı deputat Oleq Tyaqnibok öz Twitter mikrobloqunda yazıb ki, xüsusi status haqqında qanunun lehinə 277 deputat, amnistiya haqqında qanunun lehinə 287 deputat səs verib. 

Son xəbərlər

Orphus sistemi