Yuxarı

​Ukraynanın şərqində əsirlərin dəyişdirilməsinə başlanıb

Tərəflər 30-dan çox şəxsin dəyişdirilməsini planlaşdırır

Bakı. 21 fevral. REPORT.AZ/ Luqansk ətrafında Ukrayna hərbçiləri ilə separatçılar arasında əsirlərin mübadiləsinə başlanıb.

“Report” xəbər verir ki, hər tərəfdən 30-dan çox əsirin dəyişdirilməsi nəzərdə tutulub.

Qondarma "Donetsk Xalq Respublikası"nın (“DXR”) nümayəndəsi Darya Morozova bildirib ki, “DXR” 39 nəfərədək Ukrayna hərbçisini dəyişməyi nəzərdə tutur. O, qondarma “Luqansk Xalq Respublikası” tərəfindən dəyişdiriləcək əsirlərin sayını bildirməyib.

Bununla yanaşı Ukrayna prezidenti Pyotr Poroşenko öz "Twitter" səhifəsində yazıb ki, yaxın vaxtlarda "140 Ukrayna qəhrəmanı azad ediləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi