Yuxarı
    Bağlamaq

    Ukraynanın sabiq baş naziri Poroşenkonu tank ilə müqayisə edib

    Lakin yadda saxlamaq lazımdır ki, tank əleyhinə raket həmişə var

    Bakı. 30 noyabr. REPORT.AZ/ Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk Ukrayna prezidenti Pyotr Poroşenkonun siyasət aparmaq üslubunu tank ilə müqayisə edib.

    "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

    "Qulaq asın, o, ağıllı oğlandır. Amma hərdən özünü qətiyyətlə hərəkət edən tank kimi aparır. Lakin yadda saxlamaq lazımdır ki, tank əleyhinə raket həmişə var", - deyə Yatsenyuk bildirib.

    A.Yatsenyuk 2014-2016-cı illərdə Ukraynanın baş naziri vəzifəsini tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi