Yuxarı
    Bağlamaq

    ​Ukraynanın Liviyadakı səfiri və konsulu qarət olunub

    Diplomatların insidentdən sonra hara getdiyi məlum deyil

    Bakı. 25 may. REPORT.AZ/ Ukraynanın Liviyadakı səfiri və konsulu hücuma məruz qalıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, diplomatlar paytaxt Tripolidən Tunislə sərhəddə yerləşən Ras-Əqadir qəsəbəsinə gedərkən qarət olunublar.

    Hazırda Tripoliyə nəzarət edən "Liviya şəfəqi" silahlı qruplaşması nümayəndələrinin məlumatına görə, Ukrayna səfirinin kortejinə Əl-Maya rayonunda hücum edilib. Səfir ilə yanaşı Ukraynanın bu ölkədəki konsulu da kortejdə olub.

    Canilər diplomatların avtomobillərini, mobil telefonlarını, səfirlik və konsulluğa məxsus möhürlərini əllərindən alıblar. Diplomatlar özləri isə sərbəst buraxılıblar. Səfir və konsulun insidentdən sonra hansı istiqamətdə getdiyi məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi