​Ukraynanın keçmiş prezidenti titulundan məhrum edilib

​Ukraynanın keçmiş prezidenti titulundan məhrum edilib Qanunun lehinə 281 deputat səs verib
Digər ölkələr
4 Fevral , 2015 15:47
​Ukraynanın keçmiş prezidenti titulundan məhrum edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Ukrayna Ali Radası ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin prezident titulundan məhrum olunması haqda qanun qəbul edib.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, müvafiq qərarın qəbul edilməsi üçün 226 səs yetərli olduğdu halda, onun lehinə 281 deputat səs verib.

Ölkə konstitusiyasına əsasən, Ukrayna prezidenti titulu ömürlükdür və qanunla qorunur. O bu tituldan yalnız etimadsızlıq göstərildiyi halda məhrum edilir.

Son xəbərlər

Orphus sistemi