Ukraynanın İmmiqrasiya Xidməti Saakaşvilinin Polşaya deportasiyası barədə qərar çıxarıb

Ukraynanın İmmiqrasiya Xidməti Saakaşvilinin Polşaya deportasiyası barədə qərar çıxarıb Bakı. 11 fevral. REPORT.AZ/ Ukraynanın İmmiqrasiya Xidməti Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin Polşaya deportasiya edilməsi barədə qərar çıxarıb.
Digər ölkələr
11 Fevral , 2018 03:57
Ukraynanın İmmiqrasiya Xidməti Saakaşvilinin Polşaya deportasiyası barədə qərar çıxarıb

Bakı. 11 fevral. REPORT.AZ/ Ukraynanın İmmiqrasiya Xidməti Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin Polşaya deportasiya edilməsi barədə qərar çıxarıb.

"Report" xəbər verir ki, bu barədə o, "Rustavi-2" telekanalına müsahibəsində bildirib.

Bununla yanaşı, Saakaşvili qeyd edib ki, Kiyev hakimiyyətinin qərarına baxmayaraq o, Ukrayna hökumətinin dəyişdirilməsi uğrunda dinc mübarizəni davam etdirəcək. Saakaşvili Rusiya rəhbərliyini Ukrayna və Gürcüstanın fəlakətlərinin səbəbkarı adlandırıb.

Eyni zamanda keçmiş prezident əvvəlki gürcü hökumətinin fəaliyyətini qiymətləndirməsi barədə suala cavabında bildirib ki, Gürcüstanda əsrdən çox mövcud olan dövlət quruluşunun mövcudluğuna görə məsuliyyət daşıyır.

Saakaşvilinin sözlərinə görə, hazırkı gürcü dövləti dağılır və bütün gürcülər bu haqda düşünməyə məcburdur.

Son xəbərlər

Orphus sistemi