Ukraynanın beynəlxalq maliyyə ehtiyatları azalıb

Ukraynanın beynəlxalq maliyyə ehtiyatları azalıb Ukraynanın beynəlxalq maliyyə ehtiyatları aprel ayında 1,5 milyard dollar azalıb.
Digər ölkələr
3 May , 2022 15:38
Ukraynanın beynəlxalq maliyyə ehtiyatları azalıb

Ukraynanın beynəlxalq maliyyə ehtiyatları aprel ayında 1,5 milyard ABŞ dolları azalıb.

“Report” “RBK Ukraine”ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Bankının sədri Kirill Şevçenko bildirib.

“May ayının əvvəlinə olan vəziyyətə görə ehtiyatlarımız 26,6 milyard dollardır. Beynəlxalq yardımlar kifayət qədər olduqda ehtiyat həcmini lazımi səviyyədə saxlaya və hətta artıra bilərik” – deyə o qeyd edib.

Milli valyutanın 29,25 UAH/USD sabit məzənnəsini hərbi vəziyyətə görə müvəqqəti tətbiq etdiklərini nəzərə çatdıran Milli Bank rəhbəri ixrac əməliyyatları bərpa olunduqda "üzən" məzənnə siyasətinə qayıdacaqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi